Tovuzda ağır yol qəzası- sürücü öldü

Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə avqustun 27-də, saat 23 radələrində magistral yolun 440-cı kilometrliyində, Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində baş verib.

"Kamaz" markalı yük avtomobili ilə "Mitsubishi" markalı avtomobilin toqquşması nəticəsində "Mitsubishi"nin sürücüsü dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

AzNews.az