00:30
(077) 610-22-33

Tovuzdakı dəhşətli qəzada 2 qardaş dünyasını dəyişdi

  • >
1 201 29 Avqust 2014 09:33 | Hadisə


AzNews.az-ın Türkel TV-yə istinadən xəbər verir ki, Bakı-Qazax avtomagistralının 433-cü kilometrliyində 2 nəfərin ölümü 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında baş verib. Şəmkir rayonu qeydiyyat nişanlı "Mersedes" markalı minik avtomobili ilə, Gürcüstan qeydiyyatında olan "TIR Skanıya" markalı yük maşını toqquşub. Qəza nəticəsində "Mersedes"də olan 2 qardaş Samir və Rövşən Balayev həlak olub, digər sərnişin Fazil Əmraslanov isə yaralanıb. Hadisə ilə bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanıb.

AzNews.az
Bağla X