10:20
(077) 610-22-33

Erməni əsgəri postda öldü -Qarabağda

  • >
1 484 29 Avqust 2014 10:08 | Hadisə

Ermənistan Silahlı Qüvvələrinin hərbçisi aldığı güllə yarası nəticəsində ölüb.

AzNews.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Ermənistan Ordusunun hərbi hissələrindən birində baş verib.

1995-ci il təvəllüdlü Vladimir Ayrapetyan başından aldığı güllə yarası nəticəsində keçinib.

İşğalçı ölkənin Müdafiə Nazirliyindən bildirilib ki, hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Məlumata görə, hadisə Ermənistan ordusunun postlarından birində baş verib. Hadisə ilə bağlı döyüş xidməti qaydalarının ağır nəticələrə gətirən şəkildə pozulması ilə bağlı cinayət işi açılıb.

Böyük ehtimalla Vladimir Aleksanoviç Hayrapetyan Azərbaycanın işğal olunmuş ərazisində dünyasını dəyişib. Çünki nazirliyin əsgərin hansı bölgədə öldürüldüyünü bildirmir. Dağlıq Qarabağda yerli hərbçilərlə Ermənistandan gəlmiş əsgərlər arasında tez-tez silahlı toqquşma olur.

Azər
AzNews.az
Bağla X