Sumqayıtda iki aylıq körpənin oğurlanması faktı ilə bağlı xüsusi qrup yaradılıb. Bu barədə APA TV-yə Sumqayıt şəhər Polis İdarəsindən bildirilib. Sumqayıtda iki aylıq körpənin oğurlanması faktı ilə bağlı xüsusi qrup yaradılıb. Bu barədə APA TV-yə Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

İki aylıq körpənin oğurlanmasını xüsusi qrup araşdıracaq - VİDEO

Sumqayıtda iki aylıq körpənin oğurlanması faktı ilə bağlı xüsusi qrup yaradılıb. Bu barədə APA TV-yə Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.


Məlumata görə, qrupa Sumqayıt şəhər Polis İdarəsinin dörd bölməsinin hər birindən iki əməkdaş cəlb olunub.

Xatırladaq ki, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum qadın tərəfindən oğurlanıb.

Fakta görə Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə başlanıb, istintaq tədbirləri davam etdirilir.



AzNews.az