- Köhnə - Hadisə
- 29 Avqust 2014 14:04
- 3 196
Azərbaycandakı erməni əsir 3-cü ölkəyə verildi
Ötən ilin avqustunda Azərbaycan tərəfinə əsir düşən erməni hərbçi Akop İnciqulyan üçüncü ölkəyə təhvil verilib.
"Qafqazinfo" Ermənistan KİV-nə istinadən xəbər verir ki, İnciqulyan üçüncü ölkəyə avqustun 26-dan göndərilib. Akopun qardaşının sözlərinə görə, 2014-cü ilin martından qardaşının işi BMT-nin səlahiyyətlərinə daxil edildi. Qardaşının üçüncü ölkəyə təhvil verilməsindən isə dünən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan nümayəndəliyi vasitəsilə xəbər tutduğunu bildirib.
AzNews.az