13:25
(077) 610-22-33

Bakıda belə dəhşətli qəza olmamışdı – ŞOK VİDEO

  • >
2 822 29 Avqust 2014 15:45 | Hadisə

Avtobusun səhvi ucbatından «Chaqman» 6 avtomobili əzik-əzik etdi



Avtosfer.az saytı Bakıda baş vermiş dəşşətli yol qəzasının videosunu təqdim edir. Bu hadisə avqustun 9-da Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində baş verib. AMAY ticarət mərkəzi istiqamətində "Shacman" markalı, 90 BU 828 dövlət nömrə nişanlı yük maşını 30 nömrəli marşrutda işləyən 10-TG-336 nömrə nişanlı avtobusa arxadan çırpılıb.

Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə çəkilən görüntülərdən aydın olur ki, bu qəzada əsas səbəbkar avtobus sürücüsüdür. Çünki o, yolun sağ zolağında bir cərgədə maşınların dayandığını gördüyü halda sərnişinin "burada saxla" əmri ilə dərhal tormozu basıb dayanır. Bu zaman arxadan yüksək sürətlə hərəkət edən "Chaqman" markalı yük maşını sürəti azalda bilmir və toqquşma baş verir. "Chaqman"ın sürücüsü maşını sola qaçırtmaq əvəzinə sağa çəkib yol kənarında dayanan 5 minik avtomobilini əzir və ardınca və avtobusa çırpılır. Bu anda avtobusdan düşməyə hazırlaşan sərnişin yolun ortasına düşsə də, qaçıb canınını qurtara bilir. Ümumiyyətlə, bu qəzada ən böyük günah avtobus sürücüsündədir. Yük maşınının sürücüsünü də cəzalandırmaq lazımdır. Birincisi, günün günorta çağı yük maşını şəhərin ortasında nə gəzir? İkincisi də, yük maşını hara, bu qədər yüksək sürət hara?

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bu kadrlarla bağlı Avtosfer.az-a fikirlərini açıqlayıb: "Bu dəhşətli kadrlardan aydın şəkildə görünür ki, ilk olaraq avtobus sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozur. O, nəinki dayanacaq olmayan yerdə, hətta iknci cərgədə dayanır, baxmayaraq ki, cəmi 15-20 metr qabaqda birinci cərgədə də dayanmaq olardı. Özü də bu "ağıllı" sürücü qəza dayanma siqnalını qoşmağı unutmasa da, dayanarkən arxaya baxmağı özünə rəva görmür. Əgər o, belə hoqqabazlıq edərkən güzgülər vasitəsilə arxaya baxsaydı, yəqin ki, üstünə şığamaqda olan yük avtomobilini görüb, dayanmazdı.

Amma yük avtomobilinin sürücüsü də öz "intizamlılığı" ilə geri qalmır. Bu "mahir" pilot öz "Chaqman"ıni "Formula-1" yarışlarındakı avtomobil sayır. Ara məsafəsini gözləmədən şütüyür, özü də avtobus dayanarkən boş olan qarşı hərəkət zolağına yox, maşınların sıra ilə dayandığı sağ tərəfə yerdəyişmə edir. Maşınında əyləc olduğunu isə deyəsən toqquşma anında yadına sala bilir. Nəticə göz qabağandıdır.



AzNews.az
Bağla X