17:44
(077) 610-22-33

Şəkidəki meşə yanğını şiddətləndi

  • >
579 29 Avqust 2014 16:17 | Hadisə

Ötən gün Şəki rayonunun ərazisində kənd bələdiyyəsinə məxsus yüksək dağlıq sahədə baş vermiş yanğın bu gün saat 12 radələrində söndürülsə də, əsən güclü külək nəticəsində yenidən alovlanaraq Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayına keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) ANS PRESS-ə verilən məlumata görə, yanğının qarşısını almaq üçün əraziyə ETSN-nin Şəki, Zaqatala, Qax və Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində səylər davam etdirilir.

AzNews.az
Bağla X