17:38
(077) 610-22-33

Maşın velosipedlə hərəkət edən 8-ci sinif şagirdini vurub öldürdü

  • >
822 29 Avqust 2014 19:36 | Hadisə

Ağdaş rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 17:30 radələrində Ləki-Xınaxlı avtomobil yolunun 8-ci kilometrliyində, Adab kəndi ərazisində qeydə alınıb. Rayonun Ağzıbir kənd sakini 1986-cı il təvəllüdlü Ədilov Mahir İbeydə oğlu idarə etdiyi 99-BF-932 dövlət nömrə nişanlı "Mersedes" markalı minik maşını ilə hərəkətdə olarkən yolu velosipedlə keçən Abad kənd sakini 2001-ci il təvəllüdlü Abdulkərimov Rəmzi Əfqan oğlunu vurub. Abad kənd orta məktəbinin 8-ci sinif şagirdi Rəmzi Abdulkərimov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az
Bağla X