- Köhnə - Hadisə
- 29 Avqust 2014 21:26
- 3 838
Bakı sakini evində ölmüş halda tapıldı
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin qaynar xəttinə daxil olan məlumatda Bakının Binəqədi rayonunda, 1963-cü il təvəllüdlü Xəlifəli Dünya Böyükağa qızının mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermədiyi məlum olub.
FHN-nin xilasetmə qüvvələri binanın 11-ci mərtəbəsindəki mənzilə daxil olublar. Hadisə yerinə çağırılmış həkimlərin apardığı ilkin müayinə zamanı D.Xəlifəlinin vəfat etdiyi müəyyən edilib.
AzNews.az