08:41
(077) 610-22-33

Abid Şərifovun qəbul etmədiyi sakinlərin evi başına uçdu

  • >
953 13 Sentyabr 2012 12:11 | Hadisə

Qəza vəziyyətində olan bina yaşayış üçün daha təhlükəli vəziyyətə düşüb



Xətai rayonu, Cavanşir 38 ünvanındakı 4 saylı yataqxananın 3-cü mərtəbəsində uçqun baş verib.

Bu barədə məlumatı AzNews.az-a bina sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, hadisə zamanı məişət əşyalarına ciddi ziyan dəyib. Bu binada son bir ayda baş verən ikinci analoji hadisədir.

Sakinlərin əlaqədar qurumlarla əlaqə yaratmaq üçün yaratdığı komissiyanın sədri Səməndər Səmədova bildirib ki, qəza vəziyyətində olan bina yaşayış üçün daha təhlükəli vəziyyətə düşüb: "Üzlük daşları tökülür, balkonlar uçub. Yağışlı hava şəraiti vəziyyəti daha da pişləşdirir".

Qeyd edək ki, buna sakinləri yaranmış vəziyyətlə əlaqədar baş nazirin müavini Abid Şərifovun qəbuluna yazılsalar da, görüş baş tutmayıb.

E.Əlosmanqızı
AzNews.az
Bağla X