Xırdalan şəhərində baş verən partlayışdan sonra hadisə yerinə toplaşan şəxslərlə polis və xilasedicilərlə qarşıdurma yaranıb. Xırdalan şəhərində baş verən partlayışdan sonra hadisə yerinə toplaşan şəxslərlə polis və xilasedicilərlə qarşıdurma yaranıb.

Xırdalanda polislə qaçqınlar arasında dava - VİDEO+FOTO

Xırdalan şəhərində baş verən partlayışdan sonra hadisə yerinə toplaşan şəxslərlə polis və xilasedicilərlə qarşıdurma yaranıb.



AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda dağıntılar altında qalan şəxslərin yaxınları xilasetmə işlərinin ləng aparıldığını deyərək, işin sürətləndirilməsini tələb ediblər. Əks təqdirdə xilas etmə işlərinə onların da cəlb olunmasını istəyiblər: "Orada qalan 3 nəfəri niyə çıxartmırsınız, onların artıq səsi gəlmir".

Onların bu tələbi cavabsız qaldığından məcburi köçkünlərin yazınları dağıntı baş verən əraziyə girməyə cəhd ediblər. Nəticədə polislə qarşıdurma yaranıb.
Bütün bunlara baxmayaraq, əraziyə polis və xilasetmə xidmətinin əməkdaşlarından başqa heç kimi partrlayış baş verən binanın yaxınlığına buraxılmır.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri 8 nəfəri xilas ediblər. Onlar - 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı, 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı, 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğlu və 9 yaşında Ayxan adlı uşaqdır.

Dağıntılar altında qalan daha 3 nəfərin çıxarılması istiqamətində tədbirlər davam etdirilir.



Azər
AzNews.az
image description image description image description image description