Xırdalan şəhərində binada partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir. Xırdalan şəhərində binada partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.

Dağıntılar altından bir meyit çıxarıldı

Xırdalan şəhərində binada partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.



AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bir neçə dəqiqə bundan əvvəl dağıntılar altında qalan 3 nəfərdən biri çıxarılıb. Həmin şəxsin öldüyü bildirilir. Sakinlərin verdiyi məlumata görə, bu şəxsin adı Məharət Abbasovdur. Hazırda dağıntılar altında daha 2 nəfər qalıb. Həmin şəxslərdən biri Məharətin qızı, digəri isə bacısıdır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə isə dağıntılar altından çıxarılan bina sakinlərinin sayı 9-a çatıb və aidiyyatı üzrə təhvil verilib.

Dağıntılar altında qaldığı ehtimal edilən digər şəxslərin xilasedilməsi istiqamətində işlər davam etdirilir.

Azər
AzNews.az