Qiymətli ağaclar kəsilir- Fotolar

Cəlilabadın ucqar dağ kəndi olan Alaşarın meşə zolağınada qiymətli meşə ağacları olan palıd, qoz, vələs, qızılgöz, cökə və başqa ağaclar elə canlı-canlı kəsilib.


AzNews.az azvision.az-a istinadən xəbər verir ki, yaşı 50-ni, 80-ni ötmüş yaşlı ağaclar kəsilərək odun halına gətirilib. Alaşar kəndindəki 19 saylı meşə dolayına Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi nəzarət edir.

Müəssisə rəhbəri Şahin Cəfərov ağacların kəsilməsində vətəndaşları günahlandırır. O, kəsilmiş ağacların sayını 5-6 ədəd olduğunu desə də əraziyə baxanda kəsilmiş ağacların sayının 50-60-a çatdığı görünür.

Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəisi Şahin Cavadov verdiyi açıqlamada ağacların kəsilməsi faktını təsdiq edib. Bildirib ki, ağaclar vətəndaşlar tərəfindən kəsilib.

Çoxsaylı meşə qırıntısı faktı ilə bağlı indiyə kimi heç kim saxlanılmayıb.



AzNews.az
image description image description image description image description image description