15:31
(077) 610-22-33

Ağcabədidə zəncirvari qəza - 4 ölü, 6 yaralı (Yenilənib 2)

  • >
1 255 15 Sentyabr 2014 09:57 | Hadisə

Ağcabədi rayonunda yol qəzasında ölənlərin və xəsarət alanların şəxsiyyəti məlum olub.



APA-nın Qarabağ bürosunun xəbərinə görə, "BMW", "Mercedes" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində BMW-nin sürücüsü, 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu, "Daewoo"nun sürücüsü Ağamalıyev Nəbi Məhəmməd oğlu, 1983-cü ildə anadan olmuş Alıyeva Naibə Əli qızı, 2007-ci il təvəllüdlü Alıyev Fəqan Kənan oğlu hadisə yerində dünyasını dəyişib.

Bundan başqa, 1979-cu il təvəllüdlü Alıyev Kənan Vaqif oğlu, 2005-ci il təvəllüdlü Alıyeva Fərqanə Kənan qızı, 2009-cu il təvəllüdlü Alıyeva Gülçin Kənan qızı, 1997-ci il təvəllüdlü Ağamalıyev Nurlan Nəbi oğlu, 1969-cu il təvəllüdlü Quliyeva Arifə Yunis qızı və İsrafilova Səbinə Əzim qızı müxtəlif bədən xəsarətləri ilə Ağcabədi və Bərdə rayon mərkəzi xəstəxanalarına çatdırılıblar.

***
11:03

Ağcabədi rayonda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qaravəlli kəndində qeydə alınıb. BMW, "Mercedes" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində BMW-nin sürücüsü, 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu hadisə yerində dünyasını dəyişib.

Şəxsiyyətləri məlum olmayan 3 nəfərin isə xəstəxanaya çatdırılarkən yolda və xəstəxanada öldüyü bildirilir. Dünyasını dəyişənlərdən birinin Sumqayıt, birinin Bərdə, ikisinin isə Ağcabədi rayon sakini olduğu açıqlanıb.


***
10:33

Ağcabədidə zəncirvari qəza baş verib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağcabədi rayonu, Qaravəlli kəndində vətəndaşlara məxsus "BMV", "MERSEDES" və "DAYVO" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "BMV" markalı minik avtomobilinin sahibi 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlardan istifadə etməklə E.Bəşirovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:24-də başa çatıb.

AzNews.az
Bağla X