İlqar Yusifov: “intiharın klinika ilə heç bir əlaqəsi yoxdur” İlqar Yusifov: “intiharın klinika ilə heç bir əlaqəsi yoxdur”

İntihar baş verən klinikanın baş həkimi danışdı

İlqar Yusifov: “intiharın klinika ilə heç bir əlaqəsi yoxdur”



Bakıda "Xəzər" klinikasının baş həkimi xəstəxanada baş verən intihar hadisəsi barədə danışıb.

Klinikanın baş həkimi İlqar Yusifovun ans press-ə verdiyi məlumata görə, əslində intihar edən klinikada təsərrüfat işləri üzrə müdirin müavinidir.

Baş həkimin sözlərinə görə, 63 yaşlı Nəbiolla Heydərli ailə problemlərilə əlaqədar özünü asıb.

"Onun intiharının klinika ilə heç bir əlaqəsi yoxdur. Klinikanın arxasında təsərrüfat otağı var, orada intihar edib. Özü ailəsilə birlikdə Nərimanovda qalırdı. Heç bir xəstəliyi olmayıb", - deyə İlqar Yusifov bildirib.

Qeyd edək ki, Nəbiolla Heydərli ailəlidir və 2 övladı var.