İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.

Mağazalardan mal alanda ehtiyatlı olun

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.



AzNews.az xəbər verir ki, bu haqda informasiyanı nazirliyin mətbuat xidməti yayıb.
Dövlət nəzarəti tədbirləri zamanı Bakının Sabunçu, Səbail rayonlarında, eləcə də Sumqayıt, Biləsuvar, Tovuz, Qazax, Xaçmaz, Şamaxı, Ağdamda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tənbeh tədbirləri tətbiq olunacaqdır.


AzNews.az