- Köhnə - Hadisə
- 17 Sentyabr 2012 08:47
- 3 141
Salyanda dəhşətli qəza
Nəticədə, hər iki avtomobil deformasiyaya uğrayıb, "VAZ" markalı minik avtomobilinin sürücüsü 1985-ci il təvəllüdlü Əsədov Hətəm Bədirxan oğlu hadisə yerində vəfat edib.
Hadisə yerinə cəlb edilən xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Şahidlərin bildirdiklərinə əsasən, müxtəlif bədən xəsarətləri alan "QAZEL" markalı yük avtomobilinin sürücüsü və "VAZ" markalı minik avtomobilində olan 3 nəfər sərnişin Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.
AzNews.az