İstirahət günü Bakının bəzi ərazilərində intensiv yağışlar yağacaq. İstirahət günü Bakının bəzi ərazilərində intensiv yağışlar yağacaq.

Bakıda intensiv yağışlar yağacaq

İstirahət günü Bakının bəzi ərazilərində intensiv yağışlar yağacaq.



AzNews.az bəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, sentyabrın 28-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Gecə saatlarında yarımadanın bəzi ərazilərində intensiv olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında sentyabrın 28-də havanın temperaturu gecə 17-19, gündüz 20-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında, əsasən də dağlıq və dağətəyi rayonlarda sentyabrın 28-də gecə və axşam saatlarında şimşək çaxacaq, yağış yağacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 23-28 dərəcə, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

Qeyd edək ki, Azərbaycan sinoptikləri ölkədə hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edib.

Xəbərdarlığa görə, sentyabrın son günlərində ölkə ərazisində qeyri-sabit hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir, sentyabrın 29-30-da isə hava şəraitinin daha da kəskinləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə isə şiddətlənəcəyi ehtimalı var. Sentyabrın 29-30-da havanın temperaturu ötən günlərlə müqayisədə kəskin - 5-10 dərəcə enəcək.