03:25
(077) 610-22-33

Sumqayıtda dəhşətli partlayış - FOTOLAR

  • >
1 090 17 Sentyabr 2012 16:23 | Hadisə

6 nəfərin öldüyü bildirilir


Sumqayıtda "Azəralminum" ASC-nin yerləşdiyi ərazidə baş verdiyi təxmin olunan güclü yanğın baş verib. Xeberler.com saytının məlumatına görə, hazırda FHN yanğınsöndürənləri hadisə yerindədirlər. Əraziyə bir neçə yanğınsöndürən maşın çəlb olunub. Ərazidə baş verən yanğının tüstüsü şəhərin əksər hissəsində görünür. Yanğının miqyası getdikcə artmaqdadır. Hələ ki, yanğının yeri və başvermə səbəbləri ilə bağlı rəsmi məlumat daxil olmayıb.

***

Yanğın "Azəralminum" ASC-də baş verən partlayış nəticəsində yaranıb. Hələ də yanğını söndürmək mümkün olmayıb. Müxbirimizin hadisə yerindən bu dəqiqələrdə verdiyi məlumata görə zavodun iri çənlərinin birində daha bir partlayış baş verib. Alov ətrafa yayılıb. Yanğın daha da şiddətlənib. Ərazidə baş verən yanğının tüstüsü şəhərin əksər hissəsində görünür. Əraziyə mülki şəxslər buraxılmır.

***

Yanğın "Avtobaza" deyilə ərazidə olan çənlərdə baş verib. Ardıcıl olaraq 3 partlayış olub. Hazırda yanğınsöndürənlər hadisə yerində yanğının qarşısının alınması istiqamətində tədbirlər görür. Sumqayıt şəhər Polis İdarəsindən bildirilib ki, baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna edilmir.

AzNews.az
Bağla X