11:32
(077) 610-22-33

13 yaşlı qız sevgilisini vəhşicəsinə döydü – VİDEO

  • >
2 208 20 Sentyabr 2012 15:30 | Hadisə

Video kadrların sosial mediaya düşməsindən sonra polis hərəkətə keçib



Rusiyada 13 yaşlı qızın keçmiş sevgilisini digər oğlanlarla birlikdə vəhşicəsinə döyməsi bu ölkə mətbuatının gündəminə bomba kimi düşüb.

Video kadrların sosial mediaya düşməsindən sonra polis hərəkətə keçib. Kadrlarda qız keçmiş sevgilisinin ayaqlarına düşməsini istəyir. Sonra isə uşaq yaşlarındakı oğlanı digər dostlarıyla birlikdə döyür.

Qızın onu tərk edən sevgilisini bu yolla cəzalandırmaq istədiyi bildirilir. Rusiyanın Tula bölgəsində baş verən hadisədən sonra polis qızın kimliyinin məlum olduğunu deyib.

Problemləri olan qızın ögey atasıyla birlikdə yaşadığı və məktəbə getmədiyi məlum olub. Rusiyanın Axtarış-Əməliyya Komissiyasının rəsmisi Vladimir Markin hadisəylə bağlı araşdırmalara başladıqlarını bildirib.



AzNews.az
Bağla X