Parlamentin deputatı qətlə yetirildi

Somalinin paytaxtı Moqadişoda silahlılar parlamentin deputatını qətlə yetiriblər. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, öldürülən deputat Mustaf Hacı Məhəmməd Somalinin sabiq prezidenti Şeyx Şərif Şeyx Əhmədin qohumu idi.

Şahidlərin sözlərinə görə, naməlum şəxslər siyasətçini məsciddən çıxan zaman odlu silahdan atəşə tutublar. Mustaf Hacı Məhəmməd xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Somali parlamentinin spikerinin fikrinсə qətli "Əl Şabab" islamçı qruplaşması həyata keçirib.

AzNews.az