İran sərhəddində “siqaret əməliyyatı”

İrandan Azərbaycana qeyri-qanuni yolla küllü miqdarda tütün məmulatlarının keçirilməsinin sərhədçilərimiz tərəfindən qarşısını alınıb.

AzNews.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün Yardımlı rayonu Abasalı kənd ərazisindəki zastavanın xidməti sahəsində 2 nəfərin İrandan istiqamətindən Azərbaycan dövlət sərhədini pozması əngəllənib.

Sərhədi pozmağa cəhd göstərən şəxslər əllərindəki qaçaqmalı hadisə yerində ataraq, havanın dumanlı olmasından istifadə edərək, geri - İran ərazisinə qaçıblar. Hadisə yerinə keçirilən baxış zamanı qaçaqmalçılara məxsus İsveçrə istehsalı olan 5150 qutu müxtəlif çeşidli "Marlboro" və "Parlament" markalı siqaretlər aşkarlanıb.

Fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sevinc
AzNews.az