05:28
(077) 610-22-33

Cəbhədə güclü atışma- VİDEO

  • >
5 394 1 Mart 2015 18:55 | Hadisə

Erməni silahlı birləşmələri cəbhə xəttinə yaxın yerləşən kəndləri atəşə tutmağa davam edir. Bu dəfə silahlı atışmaya Goranboyun Tapqaraqoyunlu kəndi məruz qalıb.



ANS TV-nin Qarabağ bürosunun məlumatına görə, ötən axşamdan etibarən Goranboyun Tapqaraqoyunlu kəndi iriçaplı silahlardan atəşə tutulub. Atəş nəticəsində kənddəki 10-a yaxın evə güllə dəyib. Kənd sakinlərinin sözlərinə görə, əsasən qarşı tərəf bu gün səhər saatlarından yenidən aktivləşib.

Erməni silahlı birləşmələrinin mövqelərindən təqribən 500 metr məsafədə yerləşən kənd səhər saatlarından etibarən qarşı tərəfin intensiv atəşinə məruz qalıb. Atışma təqribən 40 dəqiqə davam edib. Hazırda kənddə nisbi sakitlikdir, atəş səsləri eşidilmir.

Kənd sakini Kamil Allahverdiyevin sözlərinə görə, səhər tezdən yataq otağının divarına dəyən güllənin səsinə oyanıb

Kəndəki evlərdə təmir işləri aparan ustaların sözlərinə görə, atılan güllələr onların bir neçə metrliyindən keçib.

"Saat 10 olardı, işləyirdik. Biz tərəfə iki güllə atdılar. Güllələrdən biri şiferə, digəri isə məhəlləyə düşdü. Qaçıb tez gizləndik", – deyə kənd sakini Alay Aslanov dedi.

Kənd yolunun qarşı tərəfdən görünən hissəsinə və evlərin qarşısına istinad divarları çəkilsə də, bu kəndi güllələrdən nisbətən qoruyur. Ümumiyyətlə Tapqaraqoyunluda hər üç evdən birində güllə izləri müşahidə etmək mümkündür.

Erməni silahlı birləşmələri əsasən hava qaralandan sonra yaxud da səhərə yaxın kəndi gülləbarana tutur. Son bir həftə ərzində baş verən atışmalar zamanı isə Tapqaraqoyunlu sakinləri arasında ölən və yaralanan olmayıb.


Bağla X