Kürdəmirdə 3 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Kürdəmirdə 3 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Azərbaycanda 2 avtomobil toqquşdu - 3 yaralı var

Kürdəmirdə 3 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.



AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 193-cü km-də - Kürdəmir rayonunun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.

Atayev Vüsal Süleyman oğlunun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Əliyev Kamal Dəmir oğlunun idarə etdiyi "Howa" markalı yük maşını toqquşub.


Nəticədə, minik maşınının sürücüsü V. Atayev, sərnişinləri - Atayeva İradə Muxtar qızı və Abbasova Aygül Arif qızı müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin başvermə səbəbi araşdırılır.