08:41
(077) 610-22-33

Həkimlər toyuna bir neçə ay qalmış qızı bədbəxt etdilər- Bakıda

  • >
5 765 2 Mart 2015 23:31 | Hadisə

Plastik cərrahın qurbanı onu əməliyyat edən əcnəbi həkimi tapa bilmir.


Adını və üzünü gizli saxlanması xahiş edən 25 yaşlı xanım uğursuz plastik əməliyyatın qurbanı olduğunu iddia edir. Toyuna cəmi bir neçə ay qalmış süd vəziləri ilə bağlı kompleksdən qurtulmaq istəyən xanım İstanbul Estetik Klinikasına müraciət edib. Elə başına gələn dəhşət də bundan sonra başlayıb.

Şikayətçi deyir ki, ötən il aprelin 7-də İstanbul Estetik Klinikasına müraciət edib: "Türk həkim məni əməliyyat edib. Əməliyyat 6 saatdan artıq çəkdi. Əməliyyatdan sonra dəhşətli ağrılarla ayılmışam. İki gündən sonra isə həkim ölkəni tərk etdi".

Maraqlıdır ki, özəl klinikada tanınmış həkim kimi pasientlərə təqdim edilən və konsultasiya qiyməti yerli həkimlərlə müqayisədə olduqca baha olan türk həkim internetdə heç bir məlumata rast gəlmədik. Türkiyəli həkimin şəkili belə axtarış saytlarında yoxdur.

Bizim kimi türkiyəli cərrahın axtarışlarından əli üzülən qəhramanımı sözügedən klinikanın yerli mütəxəssisi Əbdüləli Əliyev nəzarətə götürüb. Xanım iddia edir ki, ilk vaxtlar Əbdüləli həkim həmkarının səhvini etiraf edib və pasienti növbəti dəfə klinikanın hesabına əməliyyat olunmağa razı salıb. İlk əməliyyatından üç ay sonra narazı pasient ikinci dəfə əməliyyat olunub. Lakin o bu əməliyyatı da uğurlu hesab etmir.

Məsələ ilə bağlı Əbdüləli Əliyevin mövqeyini öyrənmək istədik. Lakin plastik cərrah pasientinin ondan heç bir şikayəti olmadığını əsas gətirərək müsahibə verməkdən imtina etdi. Lakin həkim səhlənkarlığının qurbanı olduğunu iddia edən qəhrəmanımızın Əbdüləli Əliyevlə bağlı iddiaları var:

"Həkim Əbdüləli Əliyevdən bir narazıçılığım odur ki, həqiqətləri söyləsin, çəkdikləri şəkilləri çıxarıb ortaya qoysun".

Şikayətçidən gizlədilən yalnız əməliyyat şəkilləri deyil. Əməliyyatın keçirilməsi üçün klinikaya ödənilən 3500 manat pulun kassa qəbzi və xəstəxanadan çıxarılması ilə bağlı epikriz da ona təqdim edilməyib.

Səslənən iddialarla bağlı İstanbul Estetik Klinikasında olduq. Lakin qarşı tərəfin mövqeyini işıqlandırmaq cəhdimizə klinikanın işçiləri müqavimət göstərməklə cavab verdilər.

Bu ölkədə əcnəbi həkimin savadsızlığından əziyyət çəkən onlarla xəstədən yalnız biridir. Baxmayaraq ki, Səhiyyə Nazirliyində də əcnəbi həkimlərin ölkəmizdə fəaliyyəti ilə bağlı problemlərdən xəbərdardırlar. Buna görə də nazirlik çıxış yolunu əcnəbi həkimlərə lisenziya verilmə qaydalarının sərtləşdirməkdə görür.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, ölkəmizə gələn mütəxəssislər Azərbaycanda fəaliyyət göstərmək üçün birinci növbədə Səhiyyə Nazirliyindən şəhadətnaməni almalıdırlar: "Sonra isə Miqrasiya xidmətindən əmək miqrasiyası almalıdırlar. Bunu söz yox ki, qanunları pozan adamlar da olur. Onlar da nizama-intizama cəlb olunurlar".

Konkret olaraq türk həkimin və adıçəkilən klinikanın nizam-intizama cəlb olunub-olunmaycağı isə yaxın günlərdə məlum olacaq. Çünki süd vəzilərinin əməliyyatı ilə həyatı alt-üst olan xanım artıq məhkəməyə müraciət edib.

Tibb hər gün dayanmadan inkişaf edir. Düzdü əcnəbi həkimlərdən faydalanan xəstələrmiz də az deyil. Amma əksər zaman biz həkim adı ilə bizə təqdim olunan həmin həkmilərin hansı təhsilə malik oluduqlarını bilmirik.
Bağla X