02:11
(077) 610-22-33

Qəbələdə ağır qəza - Məktəblilər vuruldu

  • >
1 875 3 Mart 2015 12:08 | Hadisə

Qəbələ rayonunda yolu keçən iki şagirdin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.



AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 55-ci kilometrliyində, Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində qeydə alınıb. Rayonun Bunud kənd sakini, 1992-ci il təvəllüdlü Ağasəfli Mərhəmət Heydər oğlu idarə etdiyi 36-BD-622 dövlət nömrə nişanlı "VAZ 21014" markalı minik maşını ilə yolu keçən iki piyadanı-Vəndam qəsəbə sakinləri, 2005-ci il təvəllüdlü Həmidova Aylan Şəhriyar qızını və 2006-cı il təvəllüdlü Hüseynova Aylin Orxan qızını vurub. Vəndam qəsəbə tam orta məktəbinin 3-cü sinif şagirdləri olan qızlar ağır bədən xəsarətləri ilə Qəbələ Mərkəzi rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib. Aylin Hüseynovanın vəziyyətinin daha ağır olduğu bildirilir. Məlumata görə, hadisə uşaqlar məktəbdən evə qayıdarkən baş verib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Bağla X