Bakıda oğlu tərəfindən bıçaqlanan ata xəstəxanada dünyasını dəyişib. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, fevralın 25-da 1958-ci il təvəllüdlü Elman Ağaverdi oğlu Sadıqovu oğlu Malik Sadıqov bıçaqlayıb. Bakıda oğlu tərəfindən bıçaqlanan ata xəstəxanada dünyasını dəyişib. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, fevralın 25-da 1958-ci il təvəllüdlü Elman Ağaverdi oğlu Sadıqovu oğlu Malik Sadıqov bıçaqlayıb.

Oğlu tərəfindən bıçaqlanan ata öldü- VİDEO

Bakıda oğlu tərəfindən bıçaqlanan ata xəstəxanada dünyasını dəyişib. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, fevralın 25-da 1958-ci il təvəllüdlü Elman Ağaverdi oğlu Sadıqovu oğlu Malik Sadıqov bıçaqlayıb.


Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidov APA TV-yə bildirib ki, ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilən E. Sadıqov ötən gecə xəstəxanada ölüb.

İlkin məlumata görə, Sadıqov ailə üzvləri ilə bərabər axşam yeməyi yeyib. Ailənin bütün üzvləri spirtli içki qəbul ediblər. Yemək zamanı Elman Sadıqovla həyat yoldaşı arasında anlaşmazlıq olub və onlar mübahisə ediblər. Bu zaman oğlu Malik mətbəxdən götürdüyü bıçaqla atasına bir necə zərbə endirib.

Polislər tərəfindən saxlanılan Malik Sadıqovun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyatda olduğu müəyyənləşib.