Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə bu gün Azərbaycan vətəndaşları Firdovsi Yusifov ilə Taleh Sultanovun işi üzrə hazırlıq iclası keçirilib. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə bu gün Azərbaycan vətəndaşları Firdovsi Yusifov ilə Taleh Sultanovun işi üzrə hazırlıq iclası keçirilib.

Bakıda İŞİD-çilərin məhkəməsi başladı

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə bu gün Azərbaycan vətəndaşları Firdovsi Yusifov ilə Taleh Sultanovun işi üzrə hazırlıq iclası keçirilib.


ANS PRESS-in məlumatına görə, istintaq materiallarında göstərilir ki, müttəhimlər Pakistanda terrorçuların tərəfində hökumət qoşunlarına qarşı döyüşüblər. Sonradan Suriyaya keçiblər. Burada İŞİD-ə qoşulub, döyüşlərdə iştirak ediblər. Onlar 2013-cü ilin avqustunda İran ərazisinə qanunsuz keçərkən saxlanılıb, 2014-cü il aprelin 24-də Azərbaycan tərəfinə təhvil veriliblər. T.Sultanovun həyat yoldaşı və qaynanası da Suriyaya gedib və indiyədək qayıtmayıblar.

Müttəhimlər ittiham üzrə özlərinin təqsirli saymadıqlarını bildiriblər. Məhkəmə prosesi martın 6-da davam edəcək.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi Suriyada və Pakistanda hərbi əməliyyatlarda iştiraka görə 26 nəfərin həbs olunduğunu açıqlayıb.