23:26
(077) 610-22-33

Türk Hava Yollarının təyyarəsi qəzaya düşdü – VİDEO + FOTOLAR

  • >
3 260 4 Mart 2015 11:43 | Hadisə

“THY 726” reysilə İstanbuldan Katmanduya uçan və Türk Hava Yollarına məxsus olan Airbus A330 tipli sərnişin təyyarəsi Nepalda eniş zamanı zolaqdan çıxaraq qəzaya düşüb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "İHA" agentliyi yayıb.

Havanın dumanlı olduğuna görə baş verən qəza nəticəsində bir neçə sərnişinin yüngül yaralandığı deyilir.

Türk Hava Yollarının Mətbuat Müşaviri Ali Genc rəsmi Twitter səhifəsində bu olaya münasibət bildirib: "Sərnişinlərimiz və təyyarənin ekipajı azad edilərək terminala aparılıb. Hadisədə bir sərnişinimiz yüngül yaralanaraq xəstəxanaya sövq edilib. Hadisənin dəqiq hansı səbəbdən baş verdiyi müəyyən ediləcək".

"Associated Press" agentliyi isə qəzanın əsas səbəbi kimi eniş zolağının sürüşkən olduğunu yazıb: "Hava dumanlı olduğundan türk təyyarəsi Tribhuwan hava limanı üzərində 30 dəqiqə fırlanıb".

Qəzadan sonra hava limanı səhər saatlarında uçuşa bağlı qalıb.










image description image description image description
Bağla X