12:51
(077) 610-22-33

Bakıda intihara cəhd edən şəxs xilas edildi - FOTO+ VİDEO (Yenilənib 2)

  • >
4 951 4 Mart 2015 14:08 | Hadisə

İntihara cəhd edən şəxs xilas edilib.


AzNews.az musavat.com-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının işçiləri hadisə yerinə özünü öldürməklə hədələyən şəxsin bacısını gətiriblər. Onun vasitəsilə isterik vəziyyətdə olan şəxsi sakitləşdirmək və damdan düşürməyə nail olublar.

Həmin şəxs müvafiq araşdırmalardan ötrü polis bölməsinə aparılıb. Onun qolunda, sinəsində, boğazında bıçaq xəsarətləri görünüb.

***
14:00

Bakının Nizami rayonunda "Lotos" ticarət mərkəzinin damına çıxan əlibıçaqlı kişinin özünü öldürməklə hədələməsinin səbəbləri açıqlanıb.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Musavat.com yayıb.

Məlumata görə, naməlum kişi banklardan götürdüyü krediti ödəyə bilmədiyi üçün bu addımı atdığını deyib.

Ticarət mərkəzinin qarşısına xeyli adam yığılıb. Onlar adamı intihar fikrindən daşındırmağa çalışırlar.

Binanın damında 4 polis əməkdaşı da var. Onlar intihar təhdidi edən şəxsə yaxınlaşmadan, danışıqla onun aşağı endirməyə çalışırlar. Adam isə fikrinin ciddi olduğunu göstərmək üçün artıq ayağının birini aşağı sallayıb. Artıq o, əlindəki bıçaqla özünə, boğazına, sinəsinə xəsarət yetirib, ruhi həyəcan vəziyyətindədir.


FHN-in əməkdaşları hadisə yerinə gəliblər və naməlum şəxsin özünü yerə atacağı təqdirdə asfalta dəyib xəsarət almaması üçün çadır açıblar.

Naməlum şəxs telekanalların hadisə yerinə gəlib süjet hazırlamasını tələb edir və həbsxanada olan qardaşının vəziyyətindən bəhs edir.

***
13:19

Bu dəqiqələrdə bir kişi "Neftçilər" metro stansiyasının yaxınlığında intihara cəhd edir.

AzNews.az xəbər verir ki, intihara cəhd etmək istəyən şəxs Nizami rayonunda yerləşən "Lotos" ticarət mərkəzinin damına çıxıb. O, əlindəki kəsici alətlə özünə xəsarət yetirir.

Hadisə yerinə cəlb olunmuş polis heç kəsi yaxına buraxmır.

Həmin şəxsin qaçqın olduğu deyilir.

Hadisənin təfərrüatı barədə ətraflı məlumat veriləcək.

image description
Bağla X