Bakıda 3 nəfər 75 metr hündürlükdən xilas edilib. Bakıda 3 nəfər 75 metr hündürlükdən xilas edilib.

Bakıda 3 nəfər 75 metr hündürlükdən xilas edildi

Bakıda 3 nəfər 75 metr hündürlükdən xilas edilib.




AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 3 nəfər sökülməkdə olan təqribən 75 metr hündürlüyündə dəmir-beton konstruksiyalı borunun üzərində köməksiz vəziyyətdə qalıblar.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşları aşağı endirərək xilas ediblər.

Ətraflı məlumat veriləcək.
image description