Bu gün axşam saatlarında Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. Bu gün axşam saatlarında Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

Xaçmazda 51 yaşlı qadını drezin vurdu

Bu gün axşam saatlarında Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə dəmiryol xəttinin rayonun Müşkür kəndi ərazisində qeydə alınıb. Qusarçaydan-Xaçmaz istiqamətində hərəkətdə olan Dəmiryol Kontakt Şəbəkə rayonuna məxsus drezin 1964-cü il təvəllüdlü Xaçmaz rayon sakini Gülnaz Məmmədovanı vurub.

Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.