06:14
(077) 610-22-33

Ermənilər Sırxavənddə 10 kənd sakinini öldürüb - 23 il öncə

  • >
1 076 5 Mart 2015 09:57 | Hadisə

Tarixdə bu gün: 5 mart



Tarixdə bu gün martın 5-də Azərbaycanda Bədən tərbiyəsi və idman günüdür, Lənkəranda Rusiya işğalı əleyhinə üsyan başlayıb, erməni silahlı qüvvələri Ağdamın Sırxavənd kəndini güclü atəşə tutublar. Kəndin 10 sakini həlak olub.

1696 - İtalyan rəssamı, Venesiya məktəbinin sonuncu böyük nümayəndəsi Covanni Battista Tyepolo (Giovanni Battista Tiepolo, 1696-1770) anadan olub.

1831 - Lənkəranda Rusiya işğalı əleyhinə üsyan başlayıb. Devrildikdən sonra İrana qaçan Talış xanı Mirhəsən xan Lənkərana gələrək üsyana başçılıq edib. Talış xanlığı Gülüstan müqaviləsi ilə (1813) Rusiyaya birləşdirildikdən sonra 1826-cı ildə ləğv edilmişdi. Lənkəran üsyanı xanlığın bütün ərazisinə yayılıb və iki ay sürüb.

1922 - Dünya şöhrətli italyan kinorejissoru, yazıçı, şair Pyer Paolo Pazoloni (Pier Paolo Pasolini, 1922-1975) anadan olub. "Dekameron", "Medeya", "Çar Edip" və s. filmləri ilə məşhurdur.

1925 - Şair, ədəbiyyatşünas İsmayıl Qəhrəman oğlu Cəfərpur (1925-1977) anadan olub.

1934 - Türk kinorejissoru Halit Refiğ (1934-2009) anadan olub. "Qürbət quşları", "Hərəmdə dörd qadın" filmlərinin, ilk türk teleseriallarından olan "Aşk-ı Memnu" (1975) və s. ekran əsərlərinin müəllifidir.

1936 - Tanınmış ədəbiyyatşünas alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Yaşar Vahid oğlu Qarayev (1936 - 25.8.2002) Şəkidə doğulub. Milli realizmin genezisinə, mərhələ təsnifinə və tipologiyasına, həmçinin, orta əsrlər və XX əsr romantizminin poetika və sənətkarlıq problemlərinə həsr olunmuş tədqiqatların müəllifidir.

1947 - Ədəbiyyatşünas alim, professor Vaqif Arzumanlı anadan olub.

1956 - Şair Sabir Sabir Sarvan (Sabir Soltan oğlu Məlikov) Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədridir. "Gördüyüm göy üzü, baxdığım işıq", "Çıx qaranlıqdan, "Gəldi qürub", "Özümü sözə çevirdim" adlı şeir kitablarının müəllifidir.

1966 - Görkəmli rus şairi və yazıçısı, tərcüməçi, ədəbiyyatşünas Anna Andreyevna Axmatova (Qorenko) - (11(23).6..1889 - 1966) vəfat edib.

1966 — Boeing 707 sərnişin təyyarəsinin Fuji dağına çırpılması nəticəsində 124 insan həyatını itirib

1974 - Məşhur Hollivud aktrisası Eva Mendes anadan olub.

1990 - SSRİ Ali Soveti "Azərbaycan SSR və Ermənistan SSR-də vəziyyəti sahmanlamaq tədbirləri haqqında" qərar qəbul edib. Moskvanın növbəti "ikibaşlı" tövsiyə sənədi Ermənistanın təcavüzkar hərəkətlərinə daha da vüsət verdi.

1992 - Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında Xocalı faciəsi ilə bağlı gərgin müzakirələr başlayıb. Parlament binasını mühasirəyə almış xalq kütlələrinin etirazı və müxalifətin təzyiqi altında Ali Sovetin sədri Elmira Qafarova istefa verib. Onun yerinə Tibb Universitetinin rektoru, deputat Yaqub Məmmədov Ali Sovetin sədri seçilib.

1992 - Erməni silahlı qüvvələri Ağdamın Sırxavənd kəndini güclü atəşə tutublar. Kəndin 10 sakini həlak olub.

2001 - Məkkədə izdiham zamanı 35 zəvvar dünyasını dəyişib.
Bağla X