Bakının rayonlarında avtoxuliqanlıq edən 3 nəfər saxlanılıb. Bakının rayonlarında avtoxuliqanlıq edən 3 nəfər saxlanılıb.

Bakıda tutulan avtoxuliqanların adları bəlli oldu – SİYAHI

Bakının rayonlarında avtoxuliqanlıq edən 3 nəfər saxlanılıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Tutulan şəxslərin Roman Səmədov, Səid Həsənov və Qabil Hüseynov olduğu müəyyənləşib.

Roman Səmədov martın 3-də saat 01 radələrində Xətai rayonu ərazisində ələ keçirilib. O, idarə etdiyi "Opel" markalı avtomobillə avtoxuliqanlıq edib.

Onun barəsində toplanan material Xətai rayon məhkəməsinə göndərilib.

Səid Həsənovun isə fevral ayının 20-də Yasamal rayon ərazisində idarə etdiyi "VAZ-21214" markalı avtomobillə avtoxuliqanlıq etdiyi bəlli olub. Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Səid Həsənov barəsində toplanan material Yasamal rayon məhkəməsinə göndərilib.

Qabil Hüseynov yanvar ayının 23-də idarə etdiyi "Opel" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində toplanan material Nizami rayon məhkəməsinə göndərilib. Məhkəmənin 13.02.2015-ci il tarixli qərarına əsasən Q.Hüseynov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.