11:57
(077) 610-22-33

Qubada ev külə döndü

  • >
737 5 Mart 2015 18:20 | Hadisə

Qubada yanğın hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Məmmədəmin Rəsulzadə küçəsi 84 ünvanında qeydə alınıb. Quba sakini Yeganə Cəfərovaya məxsus ev içərisindəki əşyalarla birgə yanıb.



Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Dövlət Yanğından Mühafizə hissəsinin 2 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.

İlkin ehtimala görə yanğın elektrik xəttindəki qısaqapanmadan meydana gəlib.

Faktla bağlı araşdırma aparılır.
Bağla X