23:18
(077) 610-22-33

Cənub bölgəsində hava şəraiti kəskin pisləşdi

  • >
1 184 5 Mart 2015 18:29 | Hadisə

Bu gün səhər saatlarından başlayaraq cənub bölgəsinin əksər rayonlarında hava şəraiti yenidən kəskin pisləşib.


APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran, Masallı, Astara rayonlarında güclü küləklə müşahidə olunan yağış, dağlıq Lerik və Yardımlı rayonlarına isə qar yağmağa başlayıb. Qarın qalınlığı rayon mərkəzlərində 5-10 sm, ucqar ərazilərdə 25-30 sm-ə çatıb.

İntensiv yağış Lənkəran-Lerik şosesinin bir neçə hissəsində xırda sürüşmələrə səbəb olub. Buna baxmayaraq, yolda avtomobillərin hərəkətində hər hansı çətinlik yaranmayıb. Hava şəraitinin dəyişməsi bölgədə ciddi fəsadlar törətməsə də, bəzi həyətyanı sahələri və yolları su basıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Lənkəran Regional Hidrometeorologiya Müəssisəsinin direktoru Cavid Hüseynovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, bölgədə qeyri-sabit hava şəraiti martın 6-na kimi davam edəcək. İntensiv yağışlar nəticəsində çaylarda sululuğun artacağı, bəzi kiçik dağ çaylarında daşqınların olacağı istisna edilmir. Martın 7-si və 8-də yağıntıların kəsiləcəyi, cənub-qərb, qərb küləyinin əsəcəyi proqnozlaşdırılır. Küləyin sürəti saniyədə 15-20, bəzi yerlərdə 23-28 m-ə kimi güclənəcək.

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.
Bağla X