02:57
(077) 610-22-33

Digər ölkələrə təhvil verilən məhkumların sayı açıqlandı

  • >
863 5 Mart 2015 19:43 | Hadisə

Ötən il ərzində cəzalarının qalan hissəsini öz ölkəsinə çəkmək üçün 114 məhkumun və təqsirləndirilən şəxsin təhvil verilməsi və alınması həyata keçirilib.


APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında bildirilir.

Məlumata görə, ötən il Ədliyyə Nazirliyi beynəlxalq əlaqələrin genişləndirilməsi üzrə tədbirləri davam etdirib. Ədliyyə Nazirliyi ilə Xorvatiya Ədliyyə Nazirliyi arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Xarici ölkələrin məhkəmə qərarlarının tanınması və icra olunması, cinayət işləri və digər məsələlər üzrə hüquqi yardım, ekstradisiya ilə bağlı 14 mindən çox sorğunun icrası üzrə tədbirlər görülüb.
Bağla X