- Köhnə - Hadisə
- 5 Mart 2015 22:47
- 3 558
Yaralanan ABŞ səfirini əməliyyat etdilər - Seulda
Cənubi Koreyanın paytaxtı Seul şəhərində bir toplantı zamanı naməlum şəxs tərəfindən ülgüclə yaralanan ABŞ səfiri Mark Lippert əməliyyat edilib.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.
Məlumata görə əməliyyat səfirin üzündə və əlində aparılıb.
ABŞ Dövlət Departamenti bu faktı təsdiq edib: "ABŞ-ın hüquq-mühafizə orqanları bu cinayətin işinin sona çatdırılması üçün koreyalı həmkarları ilə sıx şəkildə çalışır".
Qeyd edək ki, hadisəni törədən şəxs elə toplantı zamanı həbs edilib. Onun kimliyi haqda açıqlama verilmir.