Bakı şəhərində "Mercedes" markalı minik avtomobili yol ayrıcı səddə çırpılıb. Bakı şəhərində "Mercedes" markalı minik avtomobili yol ayrıcı səddə çırpılıb.

“Merecedes” yol ayrıcı səddə çırpıldı – Yaralı var

Bakı şəhərində "Mercedes" markalı minik avtomobili yol ayrıcı səddə çırpılıb.



AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər sərnişin maşında ayağı sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər vətəndaşı deformasiyaya uğrayan avtomobildən müvafiq qaydada çıxarıblar.