Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsi qəza törədib. Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsi qəza törədib.

DİN-in idarə rəisi qəza törətdi- Yaralı var

Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsi qəza törədib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə martın 5-i saat 01:00 radələrində baş verib.

Balaxanı qəsəbəsi ərazisində DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərli idarə etdiyi Hundai markalı 10 AA 021 nömrəli xidməti avtomobillə piyada, qəsəbə sakini 1993-cü il təvəllüdlü Rasim Əliyevi vurub.

R.Əliyev yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.