Gəncə şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub. Gəncə şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.

Gəncədə ev yandı – 2 nəfər təxliyyə edildi

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.



AZNEWS.AZ xəbər verir ki, hadisə Kəpəz rayonunda qeydə alınıb.

Belə ki, binanın 1-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birotaqlı mənzilin zirzəmisinə yığılmış 25 kv.m sahədə köhnə ev əşyaları və məişət tullantıları yanıb.

Yanğın zamanı qonşu mənzildən 2 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.