- Köhnə - Hadisə
- 6 Mart 2015 20:48
- 3 561
9 yaşlı uşaq kanalda batdı- Cəlilabadda
Cəlilabad rayonunun Uzuntəpə kəndində kanalda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 110 km aralıda nəzarətsiz ərazidə) 2006-ci il təvəllüdlü Xəqani Kamil oğlu Həsənov batıb.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.
Xəqani Həsənovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:25-də başa çatıb.