15:38
(077) 610-22-33

Gənc solist Musiqili Teatrdan istefa verdi - SƏBƏB

  • >
6 521 7 Mart 2015 10:31 | Hadisə

2012-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrının solist-vokalisti vəzifəsində çalışan Elvin Əliev teatrdan istefa verib.



Bu barədə o, AzNews.az-a açıqlamasında bildirib.



Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevin adına ünvanlanan istefa məktubunda deyilir:

"Xəzər Universitetinin Mahnı və Rəqs Ansamblı 11-18 mart 2015-ci il tarixləri arasında Türkiyə Cümhuriyyətində təşkil olunacaq "Türkiyə-Azərbaycan qardaşlığı" adlı konsert proqramında iştirak üçün rəsmi səfərə yola düşür. Mənim də həmin konsert proqramında iştirakım barədə Azərbaycan Dövlət Musiqli Teatrına Xəzər Universiteti tərəfindən bildiriş məktubu bir ay öncədən göndərilib. Lakin Musiqili Teatrın direktoru olaraq, sizin bu cür əhəmiyyətli tədbir barəsində qabaqcadan məlumatlı olmağınıza baxmayaraq, siyasi əhəmiyyət daşıyan önəmli bir tədbirin baş tutması məqsədi ilə mənim və eləcə də teatrda çalışan bəzi orkestr truppası üzvlərinin həmin konsert proqramında iştirakını təmin etmirsiniz. Beynəlxalq tədbirdə təcrübə qazanmaq imkanından məni, eləcə də nümayəndə heyətinin digər üzvlərini məhrumetmə istəyinizi çox mənfi qiymətləndirirəm və bu cür addımları ölkə başçısının siyasətinə zidd hesab edirəm. Bu cür hərəkətlər Azərbaycan mədəniyyətində həvəslə çalışan bir gəncdə ruh düşkünlüyü yaratdığından sizin rəhbərlik etdiyiniz teatrda çalışmaq istəmədiyimi bildirirəm".

Qeyd edək ki, gənc solistin yazdığı istefa ərizəsinin sürəti Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadəyə və Xəzər universitetinin rektoru, professor Hamlet İsaxanlıya göndərilib.

Elvin Əliyev Musiqili Teatrın repertuarında olan "Talelər qovuşanda", "Skapenin kələkləri", "Qızıl toy", "Arşın mal alan", "O olmasın, bu olsun və s. tamaşalarda yaddaqalan obrazların müəllifidir. Həmçinin o, Xəzər Universitetinin "Mahnı və Rəqs Ansambılı"ın solistidir.






Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X