23:08
(077) 610-22-33

Rus qızı zorlayan iki azərbaycanlıya- Hökm+ Rusiyada

  • >
2 083 9 Mart 2015 14:25 | Hadisə

Vladivostokda 23 yaşlı qızı zorlayan iki azərbaycanlıya hökm oxunub.


"Qafqazinfo" Vl.ru-ya istinadən xəbər verir ki, hər iki azərbaycanlı ilə bağlı şikayət polisə iyulun 10 da daxil olub. Qızın sözlərinə görə, şəhər mərkəzindəki məşhur gecə klublarından birindən çıxdıqdan sonra 4 oğlan onu şübhəlilərdən birinə məxsus ofisə aparıb.

Daha sonra əslən Azərbaycandan olan 1996 və 1989 cu il təvəllüdlü iki nəfər ona təcavüz edib.

Hüquq mühafizə orqanları faktla bağlı cinayət işi açıblar. Aparılan axtarış əməliyyat tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb.

Məhkəmə prosesində təqsirlərini etiraf edən hər iki azərbaycanlıya cəzalarını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkməklə ayrılıqda 5 il azadlıqdan məhrumetmə cəzası verilib.
Bağla X