İsmayıllı rayonunda ikisi yol polisi əməkdaşı olmaqla, beş nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib. İsmayıllı rayonunda ikisi yol polisi əməkdaşı olmaqla, beş nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

Yol Patrul Xidmətinin avtomobili maşnla toqquşdu- 5 yaralı

İsmayıllı rayonunda ikisi yol polisi əməkdaşı olmaqla, beş nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.



APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:30 radələrində Muğanlı-İsmayıllı yolunun 21-ci kilometrliyində, İsmayıllının Basqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"KİA Sorento" markalı minik avtomobili qarşı tərəfdən gələn, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayına məxsus 10-YP-795 dövlət nömrə nişanlı BMW markalı minik maşını ilə toqquşub.

Hadisə zamanı BMW avtomobilində olan yol polisi əməkdaşları-Göyçay rayon sakinləri - 1967-ci il təvəllüdlü Mahmud Musayev və 1987-ci il təvəllüdlü Vüsal Bialıyev, eləcə də "KİA Sorento" markalı minik maşınında olan Masallı rayon sakinləri - 1991-ci il təvəllüdlü Eldar Əbülfəzli, 1991-ci il təvəllüdlü Məhəmməd Hüseynli və Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Hüseyn Hüseynli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar İsmayıllı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib. Xəsarət alanlardan ikisi daha sonra müalicə üçün Bakıya göndərilib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.