22:02
(077) 610-22-33

Prospektdə 7 maşın toqquşdu- Yaralılar var +Fotolar

  • >
2 204 9 Mart 2015 22:44 | Hadisə

Bakının Nizami rayonunda 7 maşının toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.


AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

Nasir Həsənovun idarə etdiyi "Subaru" markalı maşın təmir boksundan çıxarkən arxadan gələn "VAZ 2105" markalı avtomobillə toqquşub. İdarəetməni itirən sürücü maşını bir başqa "Subaru"ya, ardınca 3 eyni markalı "Mercedes" və "VAZ 2107"ə çırpıb. Qəza nəticəsində sürücülərdən Rəşad Kərimov və hələlik kimliyi məlum olmayan sərnişini xəsarət alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanaya çatdırılıblar.

Hadisə yerində Nizami rayon Polis İdarəsinin əməkdaşları işləyirlər. Qəza ilə bağlı araşdırma aparılan zaman sürücülər arasında mübahisə yaranıb.

Qəza ilə bağlı yolda tıxac yarandığından hadisə yerinə Nizami Rayon Yol Polisinin əməkdaşları cəlb olunublar. Yararsız hala düşən avtomobillər evakuatorlar vasitəsi ilə cərimə meydançasına aparılıb. Daha sonra yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.
image description image description image description image description
Bağla X