00:32
(077) 610-22-33

Sabah qaz gəlməyəcək

  • >
1 775 10 Mart 2015 18:24 | Hadisə

Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

AzNews.az "Socar"a istinadən xəbər verir ki, sabah saat 10:00-dan 16:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Semzavod`` və ``Novxanı`` magistral qaz kəmərləri üzərində yerləşən bəzi ölçü qovşaqlarında, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin "Mədrəsə", Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Mingəçevir", Qazax Magistral qaz kəmərləri sahəsinin "Xanlıqlar", "Köçəsgər", "Alabaşlı" və "Qarayeri" Qazpaylama stansiyalarında carı təmir işləri aparılacaq. Bundan başqa, Astara Magistral qaz kəmərləri sahəsinin "Azadkənd-İmişli`` Magistral qaz kəmərinin 61, 62 və 97-ci kilometrlərində yaranmış qaz sızmalarının ləğvi ilə əlaqədar təmir-bərpa işləri görüləcək.

Təmir müddətində Şamaxı rayonunun Mədrəsə, Yevlax rayonun Tanrıqulular, Qazax rayonunun Xanlılar, Ağstafa rayonunun Köçəsgər, Samux rayonun Alabaşlı kəndlərinin, həmçinin Qaradağ rayonunun Sahil qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Binəqədi rayonu və Novxanı qəsəbəsinin, o cümlədən, Sabirabad, Saatlı və İmişli rayonlarının bəzi kəndlərinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Bağla X