Bu gün səhər saatlarında Bakı Metropolitenində bədbəxt hadisə qeydə alınıb. Bu gün səhər saatlarında Bakı Metropolitenində bədbəxt hadisə qeydə alınıb.

“Gənclik” metrosunda ölüm - FOTO + YENİLƏNİB

Bu gün səhər saatlarında Bakı Metropolitenində bədbəxt hadisə qeydə alınıb.



"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin ANS-ə verdiyi məlumata görə, hadisə "Gənclik" stansiyasından çıxışda qeydə alınıb.

Girişdə qəfil yıxılaraq dünyasını dəyişən 1951-ci il təvəllüdlü Sabir Balamirzə oğlu Bağırovdur.

İlkin ehtimala görə, kişi ürək çatışmazlığından dünyasını dəyişib.


Onun ölüm səbəbləri araşdırılır.


***
09:31

Bu gün səhər saatlarda Bakı Metropolitenində bədbəxt hadisə qeydə alınıb.

AzNews.az anspress-ə istinadən xəbər verir ki, metronun "Gənclik" stansiyasında sərnişinlərdən biri metroya daxil olduqdan sonra özünü narahat hiss etməyə başlayıb.

Dərhal təcili yardım ximətinə məlumat verilib. Lakin özünü yaxşı hiss etməyən vətəndaş həkimlər gələnə qədər dünyasını dəyişib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin verdiyi məlumata görə, hazırda hadisə yerində hüquq-mühafizə orqanları vətəndaşın şəxsiyyətinin dəqiqləşdirilməsi üzrə işlər aparır.

Faktla bağlı araşdırma aparılır.