01:01
(077) 610-22-33

Bakıda döyüş sursatı tapıldı

  • >
794 12 Mart 2015 09:28 | Hadisə

Bakının Xəzər rayonunda döyüş sursatı tapılıb.



AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursata baxış keçiriblər.

İstifadəyə yararlı olan 1-ədəd F-1 markalı əl qumbarası aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.
Bağla X