01:03
(077) 610-22-33

Bu gün Azərbaycanda Daxili Qoşunlar günüdür

  • >
2 764 12 Mart 2015 09:44 | Hadisə

Tarixdə bu gün: 12 mart



Tarixdə bu gün martın 12-də Azərbaycanda Daxili Qoşunlar günüdür. Daxili Qoşunlar DİN-in tərkibində struktur kimi 1991-ci ilin sonunda formalaşıb, 1992-ci il martın 12-də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə qarşı ilk döyüşdə iştirak edib. Prezident Heydər Əliyevin 9 mart 1995-ci il tarixli fərmanı ilə 12 mart Daxili Qoşunlar günü elan edilib.

1672 - İrland əsilli ingilis yazıçısı, maarifçi ədəbiyyatın banilərindən biri Riçard Stil (Richard Steele, 1672-1729) anadan olub.

1685 - İngilis filosofu, subyektiv idealizmin tanınmış simalarından biri (spiritualist) Corc Berkli (George Berkeley, 1685-1753) anadan olub.

1728 - Alman rəssamı, klassisizmin tanınmış nümayəndəsi Anton Rafael Menqs (Anton Raphael Mengs, 1728-1779) anadan olub.

1737 - Görkəmli rus arxitektoru, rus klassisizminin banilərindən biri Vasili İvanoviç Bajenov (1737-1799) anadan olub.

1881 - Fransa Tunisi işğal edib.

1894 - Coca-Cola ilk dəfə şüşədə satılmağa başlayıb.

1906 - Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə, 1906-10.6.1989) anadan olub. Böyük Vətən müharibəsi, Cənubi Azərbaycan mövzusunda əsərləri xüsusilə məşhurluq qazanıb. Akademik Dram Teatrın direktoru (1937-1938), "Ədəbiyyat qəzeti"nin baş redaktoru olub.

1918 - Moskva Rusiyanın paytaxtı elan edilib.

1925 - Amerika fantast-yazıçısı Harri (Harry) Harrison (əsl adı Henry Maxwell Dempsey) anadan olub.

1933 - Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov, 1933-12.12.2002) anadan olub. Əsərlərində yüksək lirika ilə bərabər vətəndaş mövqeyi daim aparıcı xətt təşkil edib. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

1922 – Bolşevik Rusiyasının təşviqi ilə gələcək SSRİ-nin təməli kimi üç Cənubi Qafqaz respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan) ittifaqını - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı yaradılıb. Bundan 9 ay sonra, 1922-ci il 30 dekabrında Zaqfederasiya SSRİ-nin qurucu subyektlərindən biri oldu.

1936 –Yazıçı-jurnalist, Prezident təqaüdçüsü Əmir Gülbala oğlu Mustafayev anadan olub.

1937 - Rus kinorejissoru Boris Valentinoviç Durov (1937-2000) anadan olub. Sovet dövrünün məşhur ekran əsərlərindən olan "XX əsrin dəniz quldurları" filminə (1979) quruluş verib.

1937 - Tanınmış gürcü opera müğənnisi (tenor), SSRİ Xalq artisti Zurab Lavrentyeviç Sotkilava anadan olub.

1946 - Amerika aktrisası, müğənni, "Oskar" laureatı Layza Minnelli (Liza Minnelli) anadan olub.

1985 - Türkiyənin Kanadadakı səfirliyinə hücum edən erməni terrorçuları mühafizəçini öldürüb, 4 əməkdaşı girov götürüb.

1986 - İspanlar referendumda ölkənin NATO-da qalmasına səs verib.

1992 – Azərbaycan Respublikası Daxili Qoşunlarının yarandığı gündür. Azərbaycanın Daxili Qoşunları DİN-in tərkibində struktur kimi 1991-ci ilin sonunda formalaşıb. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə qarşı ilk döyüşdə Daxili Qoşunlar 1992-ci il martın 12-də iştirak edib. Prezident Heydər Əliyevin 9 mart 1995-ci il tarixli fərmanı ilə 12 mart Daxili Qoşunlar günü elan edilib.

1999 - Çexiya, Polşa və Macarıstan NATO-ya qəbul edilib.
Bağla X